Kriminal

Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub - VİDEO

27 May 2026, 13:24 2 baxış
Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub - VİDEO
Göyçayda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub. Oxu.Az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Elvin Əliyev saxlanılıb.
Tibbi müayinə zamanı sürücünün narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. E.Əliyev barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər