Kriminal

Yevlaxda baba və nəvəsini avtomobil vurub, ölən var

27 May 2026, 01:06 1 baxış
Yevlaxda baba və nəvəsini avtomobil vurub, ölən var
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Şahidlərin bildirdiyinə görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı baba və nəvəni vurub. Nəticədə nəvə hadisə yerində həlak olub, baba isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər