Kriminal
Yevlaxda ağır qəza: Nəvə öldü, baba yaralandı
Yevlax şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı nəvə həyatını itirib, baba isə ağır xəsarət alıb.
Axar.az-ın Teleqraf-a istinadən xəbərinə görə, qəza hadisəsi şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "BMV" markalı avtomobilin sürücüsü idarəetməni itirib və yol kənarında hərəkət edən baba ilə nəvəni vurub.
Nəticədə nəvə hadisə yerində dünyasını dəyişib, baba isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az