Kriminal
"Arzum 9999" ləqəbli bloqerin məhkəməsində şahidlər dindirildilər
"Arzum 9999" ləqəbli bloqer İlduzə Elmar qızı Hacıyevanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə bloqerin vəkili Fərid Həsənov məhkəməyə vəsatətlər təqdim edib, onlardan biri təmin olunub. Daha sonra iclasda bloqerin qızı və yol-nəqliyyat hadisəsini görmüş əlavə şahid dindiriliblər. Onlar qəzanın detalları barədə ətraflı danışıblar. İlduzə Hacıyevanın vəkili məhkəməyə ibtidai araşdırma dövründə tərtib edilmiş bəzi prosessual sənədlərin sübutlar siyahısından çıxarılması ilə bağlı da vəsatət verib. Daha sonra hadisənin videogörüntülərinə baxış keçirilib. Məhkəmənin növbəti iclası iyunun 4-nə təyin edilib. Qeyd edək, yol-nəqliyyat hadisəsi 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində bir nəfər ölüb, digər bir şəxs isə ağır xəsarət alıb. Xatırladaq ki, istintaq dövründə bloqer Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Mənbə
oxu.az