Kriminal

Ağsuda DƏHŞƏTLİ QƏZA: Ölənlər və xəsarət alanlar var - FOTO

26 May 2026, 09:00 2 baxış
Ağsuda DƏHŞƏTLİ QƏZA: Ölənlər və xəsarət alanlar var - FOTO
Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb. BYD markalı minik avtomobil kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı beton bəndə çırpılıb. Avtomobil daha sonra körpüdən Ağsu çayına aşıb. Hadisə nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü Kamran Cəfərov və 2004-cü il təvəllüdlü Səid Qasımov hadisə yerində ölüblər. Avtomobildə olan daha iki sərnişin - 2005-ci il təvəllüdlü İsmayıl Baxışov və 2006-cı il təvəllüdlü Şahvələd Şəfaqətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Ağsuda DƏHŞƏTLİ QƏZA: Ölənlər və xəsarət alanlar var - FOTO Ağsuda DƏHŞƏTLİ QƏZA: Ölənlər və xəsarət alanlar var - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər