Kriminal
Zərdabda faciə: Nənə öldü, nəvəsi ağır vəziyyətdədir - VİDEO
Zərdabda ailə faciəsi yaşanıb. Hadisə rayonun Şahhüseynli kəndində qeydə alınıb. Oxu.Az bu barədə Baku TV-yə istinadən xəbər verir. Belə ki, kənd sakinləri - 94 yaşlı Güldəstə Ağalarova və onun nəvəsi, 39 yaşlı Ramin Ağalarov yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə yaşlı qadın həyatını itirib. Onun nəvəsi Ramin Ağalarov isə ağır vəziyyətdə Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Ramin Ağalarova zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Ramin Ağalarova zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir.
Mənbə
oxu.az