Kriminal

Ödənişli yolda AĞIR QƏZA: Sükan arxasında yuxulayan qadın avtomobili aşırtdı

26 May 2026, 00:36 1 baxış
Ödənişli yolda AĞIR QƏZA: Sükan arxasında yuxulayan qadın avtomobili aşırtdı
Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda qəza baş verib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yolun Şabran rayonu ərazisindən keçən hissəsində "Toyota" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində beton arakəsməyə çırpılıb və aşıb. Hadisə zamanı avtomobilin sürücüsü olan qadın və onun qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
Ödənişli yolda AĞIR QƏZA: Sükan arxasında yuxulayan qadın avtomobili aşırtdı Ödənişli yolda AĞIR QƏZA: Sükan arxasında yuxulayan qadın avtomobili aşırtdı Ödənişli yolda AĞIR QƏZA: Sükan arxasında yuxulayan qadın avtomobili aşırtdı
Mənbə oxu.az

Oxşar Xəbərlər