Kriminal
Bakıda səhər saatlarında dəhşətli qətl: Ahıl ər-arvadı öldürən şəxsi polis saxladı
Bakıda qətl hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə mayın 25-də səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində qeydə alınıb. Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri - 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaqla xəsarətlər yetirib. Nəticədə ər-arvad hadisə yerində ölüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.
Mənbə
oxu.az