Kriminal
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
İmişlidə baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb. "Mercedes" və "Toyota Prius" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az