Kriminal

Füzulidə 77 yaşlı kişi at belində ildırım vurması nəticəsində ölüb

24 May 2026, 23:18 1 baxış
Füzulidə 77 yaşlı kişi at belində ildırım vurması nəticəsində ölüb
Füzuli rayonunda bədbəxt hadisə baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayonun Zobuçuq qəsəbəsində qeydə alınıb. Belə ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kənd sakini, 77 yaşlı Əlyar Güləhməd oğlu Hacıyev qoyun təsərrüfatı ərazisində atla hərəkətdə olarkən onu ildırım vurub. Hadisə nəticəsində Əlyar Hacıyev aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər