Kriminal

Nərimanovda "Opel" yandı - Video

24 May 2026, 19:37 17 baxış
Nərimanovda "Opel" yandı - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.


Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Yanğınsöndürənlər tərəfindən “Opel” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Yüksək temperaturun təsirindən yaxınlıqda park edilmiş “Mercedes” markalı minik avtomobilinin bamperi deformasiya edib. Xəsarət alan olmayıb.


Avtomobillərin digər hissələri yanğından mühafizə olunub.


Mənbə axar.az

Oxşar Xəbərlər