Mədəniyyət
Müsbət enerji və rənglərin ritmi: Rəssam Vüqar Əliyevin sənət fəlsəfəsi - FOTOREPORTAJ
Əməkdar rəssam Vüqar Əliyev 1970-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, onun sənət dünyasına ilk addımları hələ üç yaşında kağız üzərində çəkdiyi sadə cızma-qaralarla başlayıb. Bu həvəs isə təsadüfi olmayıb. Evdə atasının rəsmləri və yaradıcı mühiti onun uşaq dünyasında rənglərin sehrinə çevrilib. Eyni zamanda "Uzaq sahillərdə" filminin qəhrəmanı, rəssam "Mixaylo" obrazı onun xəyal dünyasında sənətə olan marağını daha da gücləndirib. Uşaqlıqdan içində böyüyən bu sevgi onu peşəkar sənət yoluna gətirib çıxarıb. İlk olaraq Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsində təhsil alıb. Beləcə, rənglər və fırça onun həyatının ayrılmaz hissəsinə çevrilib. Rəssam 40 ildir peşəkar olaraq məşğul olduğu bu sənətin vurğunu olduğunu deyir. 2016-cı ildən isə onun üçün doğma olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi gənc rəssamlara yol göstərir. Onun fikrincə, əsl sənətkar sahib olduğu bilik, bacarıq və təcrübəni gələcək nəsillərə ötürməyi missiya kimi qəbul etməlidir. Vüqar Əliyev əsərlərində daim həyatın işıqlı, pozitiv və ümidverici tərəflərini əks etdirməyə, ən çətin anlarda belə rənglərin dili ilə insanlara müsbət enerji ötürməyə çalışır. Musiqinin isə yaradıcılığı üçün ən böyük motivasiya qaynağı olduğunu vurğulayır. Onun düşüncəsinə görə, hər bir rəsm əsərinin öz ritmi və melodiyası var. Əməkdar rəssam Vüqar Əliyev ilə fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə
oxu.az