Digər

Ağ Evin qarşısında atışma: ölü və yaralılar var - Video

24 May 2026, 12:11 19 baxış
Ağ Evin qarşısında atışma: ölü və yaralılar var - Video

Ağ Evin qarşısında ABŞ Məxfi Xidmətinin yoxlama məntəqəsinə atəş açılıb.


Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.


Məlumata görə, baş verən atışmada 2 nəfər yaralanıb. Məxfi Xidmət əməkdaşları cavab atəşi açaraq şübhəlini zərərsizləşdiriblər.


ABŞ Prezidenti Donald Tramp hadisə zamanı Ağ Evdə olub.


Şübhəlinin 21 yaşlı Nasir Best adlı şəxs olduğu müəyyən edilib.


Qeyd edək ki, Best hələ 2025-ci ilin iyul ayında Ağ Evə girməyə çalışıb və saxlanılıb. Ruhi sağlamlıq problemləri ilə bağlı psixiatriya şöbəsinə göndərilib və bir müddət sonra sərbəst buraxılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər