Digər
Kiyevə dəhşətli hücum: ölü və yaralılar var - Video
Rusiyanın Kiyevi raket atəşinə tutması nəticəsində 2 nəfər həlak olub, daha 44 nəfər isə yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
“Kiyev üçün dəhşətli gecə idi. Hazırda xilasedicilər yanğınları söndürməklə, dağıntıları təmizləməklə məşğuldurlar. Tibb işçiləri yaralılara yardım göstərir”, - Kliçko bildirib.
Onun sözlərinə görə, 44 yaralıdan 28-i xəstəxanaya yerləşdirilib. Onlardan ikisi uşaqdır.
Mənbə
axar.az