Digər
Rusiya "Oreşnik"lə zərbə endirməyə hazırlaşır - Zelenski
Ukrayna kəşfiyyatının etdiyi məruzə, eləcə də Amerika və Avropa tərəfdaşlardan alınan məlumatlar Rusiyanın "Oreşnik" raket sistemindən istifadə edərək zərbə endirməyə hazırlaşdığını göstərir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Feysbuk hesabında yazıb.
“Ukrayna ərazisinə, xüsusən də Kiyevə müxtəlif silahlardan istifadə edərək birgə zərbə endirməyə hazırlıq əlamətləri görürük. Yuxarıda qeyd olunan ortamənzilli silahlar belə həmin zərbənin bir hissəsi ola bilər. Bu axşamdan başlayaraq hava hücumu siqnallarına şüurlu şəkildə cavab vermək vacibdir. Həyatınızı qoruyun – sığınacaqlardan istifadə edin”, - Zelenski qeyd edib.
Mənbə
axar.az