Digər
Rusiyadan Ermənistana növbəti qadağa - Qərar
Rusiyada Ermənistandan idxal olunan təxminən 37 milyon şüşə “Cermux” mineral suyunun satışı qadağan edilib.
Axar.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor" qərar verib.
Bildirilib ki, bu qərar 0,33, 0,5, 1 və 1,5 litrlik PET və şüşə qablarda istehsal olunan 37 milyon ədəd mineral, təbii, müalicəvi-süfrə və qazlı su məhsuluna aid edilib.
Qeyd edək ki, bundan öncə Rusiyada "Vedi-Alko", "Abovyan konyak zavodu" və "Şahnazaryan Şərab-konyak evi" istehsalçılarının şərab və konyak satışı dayandırılıb.
Mənbə
axar.az