Kriminal

Masazırda avtoqəza: Sıxılmış vəziyyətdə qalan sərnişin necə xilas edildi? - VİDEO

23 May 2026, 12:14 16 baxış
Masazırda avtoqəza: Sıxılmış vəziyyətdə qalan sərnişin necə xilas edildi? - VİDEO
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ-2106 və "Chevrolet" markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə deformasiyaya uğramış VAZ-da sıxılı vəziyyətdə qalan sərnişin - 2000-ci il təvəllüdlü Əşrəf Mahir oğlu Nəcəfovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər