Mədəniyyət

İman Mustafayev vəfat etdi

23 May 2026, 01:30 5 baxış
İman Mustafayev vəfat etdi
Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam və heykəltəraş İman Mustafayev vəfat edib. Oxu.Az xəbər verir ki, o, mayın 22-də dünyasını dəyişib. Qeyd edək ki, İman Mustafayev təhsilini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində alıb. Əsasən realizm üslubunda portret və mənzərə janrında əsərlər yaradan fırça ustası həm də bir çox abidə və büstlərin müəllifidir. Onun yaratdığı sənət nümunələri ölkəmizdə və xaricdə müxtəlif muzeylərdə, qalereyalarda və şəxsi kolleksiyalarda qorunur. İ.Mustafayev həm də Salyan Dövlət Rəsm Qalereyasının qurucusu olub və 36 il bu sənət ocağına rəhbərlik edib.
{{gallery}}
İman Mustafayev vəfat etdi İman Mustafayev vəfat etdi
Mənbə oxu.az

Oxşar Xəbərlər