Dünya

Rubio Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların dayandırıldığını bildirdi

22 May 2026, 19:22 2 baxış
Rubio Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların dayandırıldığını bildirdi
"Hazırda Moskva, Vaşinqton və Kiyev arasında Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlar aparılmır. Bununla belə, ABŞ diplomatik prosesdə vasitəçilik etməyə hazırdır". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio İsveçdə NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, əvvəlki danışıqlar nəticə verməyib. "Biz bu rolu oynamağa davam etməyə hazırıq. Əgər bunu başqa kimsə etmək istəyirsə, qoy etsin. Amma görünür, hazırda dünyada bununla məşğul ola biləcək başqa heç kim yoxdur", - deyə ABŞ diplomatiyasının rəhbəri vurğulayıb. Marko Rubio, həmçinin qeyd edib ki, ABŞ heç bir nəticə verməyən sonsuz görüşlər silsiləsində iştirak etməkdə maraqlı deyil. O bildirib ki, Ukraynadakı münaqişənin hərbi həlli yoxdur. "Bu müharibə yalnız danışıqlar yolu ilə başa çata bilər. O, tərəflərdən birinin hərbi qələbəsi ilə yekunlaşmayacaq", - deyə Rubio əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər