Dünya
Macarıstanda neft emalı zavodunda partlayış: Ölən və yaralananlar var - FOTO - VİDEO
Macarıstanın Tisauyvaroş şəhərində "MOL" neft emalı zavodunda partlayış baş verib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Macarıstan Baş naziri Peter Madyar öz "Facebook" səhifəsində məlumat verib. Məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb, bir neçə nəfər ağır xəsarətlər alıb. Baş nazir energetika naziri İştvan Kapitan və "MOL"un baş direktoru Jolt Hernadi ilə birlikdə hadisə yerinə yollanıb.
Mənbə
oxu.az