Dünya

Səfir: "Tramp Qrenlandiyanı hərbi yolla ələ keçirmək planından daşınıb"

22 May 2026, 10:20 9 baxış
Səfir: "Tramp Qrenlandiyanı hərbi yolla ələ keçirmək planından daşınıb"
"ABŞ Prezidenti Donald Tramp Qrenlandiya adasını hərbi yolla ələ keçirmək fikrindən daşınıb". Oxu.Az Danimarka mediasına istinadən xəbər verir ki, bu bəyanatla ABŞ-nin sözügedən ölkədəki səfiri Kennet Houeri Nuukda yeni konsulluğun açılış mərasimi zamanı deyib. "Prezident güc tətbiqi məsələsini gündəlikdən çıxarıb. Qrenlandiyanın gələcək taleyi yalnız yerli əhalinin özü tərəfindən həll olunmalıdır", - deyə o bildirib. Xatırladaq ki, yanvar ayında "The Atlantic" nəşrinə telefonla müsahibə verən Donald Tramp Venesueladakı hərbi əməliyyatlardan danışarkən ABŞ-nin Qrenlandiyaya da nəzarət etməsinin vacib olduğunu vurğulamışdı. O, "Qrenlandiya bizə tamamilə lazımdır. O, bizim müdafiəmiz üçün mühümdür", - deyə bildirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər