Kriminal
Samuxda yas mərasimində kütləvi zəhərlənmə
Samuxda yas mərasimində kütləvi zəhərlənmə olub.
Axar.az “Unikal”a istinadla xəbər verir ki, hadisə rayonu Lək kəndində baş verib. Belə ki kənddə keçirilən il mərasimində 20-yə yaxın şəxs zəhərlənib. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb. Onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, həmin şəxslər kəndə yas mərasimində pomidor-xiyar yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Mənbə
axar.az