Cəmiyyət

Azərbaycanda bəzi şəxslər güzəştli mənzillərdən yararlana bilərlər - Qanun nə deyir? - VİDEO

20 May 2026, 05:00 2 baxış
Azərbaycanda bəzi şəxslər güzəştli mənzillərdən yararlana bilərlər - Qanun nə deyir? - VİDEO
Azərbaycanda müəyyən edilmiş kateqoriyaya aid şəxslər güzəştli mənzillərdən yararlana bilərlər. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu kimlərin güzəştli mənzil ala bilməsi ilə bağlıdır. Kimlər güzəştli mənzil ala bilərlər?
- yaşı 35-dən çox olmayan gənc ailə üzvləri; - şəhid övladları; - Vətən Müharibəsinin Qəhrəmanlarının övladları; - milli qəhrəmanların övladları; - məcburi köçkün və ona bərabər tutulan şəxslər; - ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər; - ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər; - fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər; - idman sahəsində xüsusi xidmətləri olan şəxslər; - ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli mənzillərdən yararlana bilərlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər