Cəmiyyət

Müşavir sədr müavini oldu - FOTO

19 May 2026, 19:24 3 baxış
Müşavir sədr müavini oldu - FOTO
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun İdarə Heyətinə yeni sədr müavini təyin edilib. Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, nazir Məcnun Məmmədovun müvafiq əmri ilə sözügedən qurumun sədr müavini vəzifəsinə Məhərrəm Kazımov gətirilib. Məhərrəm Kazımov bundan əvvəl Dövlət Toxum Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə çalışıb. Qeyd edək ki, bir neçə ay əvvəl Dövlət Toxum Fondunun İdarə Heyətinin sədr müavini Etibar Əmrahov vəzifəsindən azad olunaraq, sədr təyin edilib.
Müşavir sədr müavini oldu - FOTO Müşavir sədr müavini oldu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər