Cəmiyyət

Rossbax: "Bakıya normadan 400 dəfə artıq yağış yağdı, mayda bunu kim gözləyərdi?"

19 May 2026, 16:46 4 baxış
Rossbax: "Bakıya normadan 400 dəfə artıq yağış yağdı, mayda bunu kim gözləyərdi?"
"Bir neçə gün əvvəl Bakıya normadan 400 dəfə artıq yağış yağıb". Oxu.Az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Şəhərlər bağlantının mərkəzində: Yenidənqurma və regional əməkdaşlıq" mövzusundakı xüsusi sessiyada deyib. O bildirib ki, bu yağışların qarşısını almaq mümkün deyildi: "Bu hadisələr iqlim dəyişikliyinin təzahürüdür. May ayında kim belə şey gözləyərdi? Biz buna uyğun cəmiyyət qurmalıyıq. Binalarımızı, evlərimizi ona uyğun tikməliyik. İnsanlar iqlim dəyişikliyinə hazır olmalıdır".
Mənbə oxu.az

Oxşar Xəbərlər