Siyasət
Gürcüstanın baş naziri Azərbaycana səfərə gəlib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 18-də Azərbaycan Respublikasına səfərə gəlib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
Mənbə
oxu.az