Siyasət

WUF13 çərçivəsində assambleyaların birgə bağlanış iclası keçirilir

18 May 2026, 09:43 8 baxış
WUF13 çərçivəsində assambleyaların birgə bağlanış iclası keçirilir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə bağlanış iclası keçirilir. Oxu.Az xəbər verir ki, sessiyanın məqsədi forum müddətində aparılan müzakirələrin yekun nəticələrini ümumiləşdirmək və gələcək fəaliyyət üçün əsas prioritetləri müəyyənləşdirməkdir. İclas zamanı hər bir assambleyanın nümayəndələri əsas mesajlarını, təkliflərini və təşəbbüslərini təqdim edəcəklər. Daha sonra bu fikirlər ümumiləşdirilərək ortaq prioritetlər və ümumi məqsədlər müəyyən olunacaq. Sessiyada "Yeni Şəhər Gündəliyi" və "Bakı Fəaliyyətə Çağırışı" kimi beynəlxalq təşəbbüslərlə bağlı məsələlər də müzakirə ediləcək. İnteraktiv müzakirələr iştirakçılara yekun nəticələrin formalaşdırılmasında fəal iştirak etmək imkanı yaradacaq. Bağlanış iclası müxtəlif baxışların vahid istiqamətdə birləşdirilməsinə, mənzil təminatı və dayanıqlı şəhər inkişafı sahəsində konkret addımların müəyyən edilməsinə xidmət edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər