Siyasət
Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini Azərbaycana səfərə gəlib
Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini, xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.
Mənbə
oxu.az