Siyasət

Tomaş Taraba: "Slovakiya ilə Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur"

17 May 2026, 17:52 1 baxış
Tomaş Taraba: "Slovakiya ilə Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur"
"Slovakiya Respublikası ilə Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur". Oxu.Az xəbər verir ki, bu fikirləri Slovakiya Respublikasının baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, iki ölkə arasında əməkdaşlıq Slovakiya üçün prioritet istiqamətlərdən biridir: "Beynəlxalq əlaqələr, xüsusilə, iqlim dəyişikliyi kimi məsələlər iki ölkə arasında əsas müzakirə mövzularındandır. Bu problemlər heç bir ölkə tərəfindən təkbaşına həll oluna bilməz. Onları yalnız birlikdə həll etmək mümkündür. Şəhərsalma bu gün yeni standartların təzyiqi altındadır. Avropa İttifaqında biz bu standartları getdikcə daha da artırırıq. Lakin Slovakiya sağlam düşüncəyə əsaslanan bir ölkədir. Biz açıq şəkildə bildiririk ki, hər bir həll yolu mütləq şəkildə faydalı deyil". O qeyd edib ki, yanlış yanaşmalar nəticəsində sadəcə "iqlim siyasəti" adı altında dünyada daha yoxsul insanlar yaranır: "Buna görə də çox yaxşı balans tapmaq vacibdir. Biz bu forumda nəyin məntiqli olub-olmadığını açıq şəkildə müzakirə edə bildiyimiz üçün çox məmnunuq. Bu bizim üçün praktik və real həllərə əsaslanan yanaşmadır".
Mənbə oxu.az

Oxşar Xəbərlər