Britaniya şirkətləri Azərbaycanda buna yardım edir
Azərbaycan və Ermənistan arasında sülh prosesindən əldə olunan irəliləyiş inklüziv və davamlı inkişafın regional əlaqələrin bərpasına və uzunmüddətli sülhə necə töhfə verə biləcəyini nümayiş etdirir.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Bakıda keçirilən WUF13 çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın "ağıllı şəhər və kəndlər"ə yanaşmaları da texnologiya və planlaşdırmanın insan mərkəzli olduğu təqdirdə həyatı necə yaxşılaşdıra biləcəyini göstərir:
“Birləşmiş Krallıq bu səyləri dəstəkləməkdən qürur duyur: aparıcı Britaniya şirkətləri Azərbaycanda şəhər mühitinin layihələndirilməsi və inkişafında iştirak edir”.