Siyasət
Hörmüz boğazı ətrafında gərginlik artır: Avropa ölkələri münaqişəyə qoşula bilərlər?
"İranın Hörmüz boğazını bağlaması ilə bağlı məsələ ABŞ prezidentinin Çin səfərində müzakirə olunan məsələlər sırasındadır. Təbii ki, İranın gücü açıq desək, Çinin əlindədir. Yəni, Çinin dəstək verməsi İranı ayaqda saxlayan amillərdən biri hesab olunur. Ona görə mən düşünürəm ki, Hörmüzün blokadadan çıxması məsələsi böyük ehtimal ki, Tramp-Si danışıqlarının əsas müzakirə predmeti olub və böyük ehtimal ki, orada bir bazarlıq məsələsi var. Xüsusən də Tayvan məsələsində ABŞ Çinə güzəştə gedəcəksə, Çin də İran məsələsində ABŞ-nin maraqlarını nəzərə alacağı gözlənilir". Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O hesab edir ki, yaxın zamanlarda qarşılıqlı şəkildə ABŞ və Çin tərəfindən addım atılsa, bu, artıq işin müsbət istiqamətdə dəyişdiyi deməkdir: "Çünki Çin razılıq verdiyi halda, İran artıq Hörmüz boğazındakı blokadanı saxlaya bilməz. Əgər bu cür davam etsə, yəni ki, Çin ona da razılıq verməsə, artıq ABŞ-nin nəzərdə tutduğu "üçüncü azadlıq əməliyyatı"nı başlada bilər ki, burada yenə də İranı geri addım atmağa vadar edə bilər. Yəni burada iki variant qalır. Biri sülh yolu ilə, məsələn Çin-ABŞ danışığında müəyyən razılaşmalar olur və onun əsasında Çinin də İrana təsiri ilə məsələ həllini tapır. Yaxud da ikinci variant olaraq ABŞ Çinlə razılıq əldə edə bilmir və koalisiya formasında yenidən Yaxın Şərqdə bu prosesi gücləndirilir. Əslində bu gedişat - İranın blokadada saxlanması da bir növ ABŞ-nin maraqlarına xidmət edir. Çünki Avropa ölkələri müharibəyə qoşulmadılar, müəyyən bir məsafə saxladılar. Amma indi Avropanı əsas narahat edən məsələ də budur ki, bu cür blokada bəzi dərmanların qıtlığını yaradır. Hindistandan, Çindən, Malayziyadan, İndoneziyadan gələn dərmanların Avropaya çatdırılmasını çətinləşdirir ki, dərman qiymətləri qalxa, bu da Avropada narazılıq yarada bilər. Dolayısı ilə Avropa da ABŞ-yə təzyiq edə bilər və bu problem böyüyə bilər. Ona görə də düşünürəm ki, bu dəfə hərbi əməliyyat olacaqsa, burada artıq Avropanın iştirak etmə ehtimalı daha da artır ki, bu da son nəticədə böyük və genişmiqyaslı bir qarşıdurmaya çevrilə bilər", - deyə analitik vurğulayıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər