Kriminal

Sumqayıtda 41 yaşlı kişinin meyiti tapılıb - VİDEO

16 May 2026, 14:08 1 baxış
Sumqayıtda 41 yaşlı kişinin meyiti tapılıb - VİDEO
Sumqayıtda kişi meyiti tapılıb. Hadisə şəhərin Corat bağları yaşayış massivindəki fərdi yaşayış evində qeydə alınıb. Baku TV-nin xəbərinə görə, 41 yaşlı Elməddin Ağayevin meyiti qonşular tərəfindən tapılıb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
"Hadisəni eşidib, şoka düşdük, inanmadıq. Heç kimin ondan narazılığı yox idi", - qonşu Baku TV-yə açıqlamasında bildirib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər