Siyasət

"Ermənistanı bizdən qorumaq lazım deyil" - Bakıdan İrəvana siyasət dərsi

16 May 2026, 12:56 1 baxış
"Ermənistanı bizdən qorumaq lazım deyil" - Bakıdan İrəvana siyasət dərsi
Bölgədə sülh təşəbbüslərinin pozulmasına yeni cəhdlər edilir. Bu dəfə də əsas aparıcı rolunda Fransa Prezidenti Emmanuel Makrondur. Paris İrəvanı özünün Cənubi Qafqazdakı yeni koloniyası elan etməyə hazırlaşır. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: Prezident İlham Əliyevin Zəngilan səfəri zamanı səsləndirdiyi bəyanatlar Azərbaycanın izləyəcəyi regional siyasətin və sülh prosesinin gələcək konturlarını bir daha ortaya qoymuş oldu. Xüsusilə də yaranmış həssas vəziyyətdən öz maraqları naminə istifadə etməyə çalışanların mövcud olduğuna eyham vuran bəyanatların əsas ünvanı yenə də Fransa və reytinqi ölkəsində yerlə bir olmuş Prezident Emmanuel Makron idi. "Ermənistanı xilas edən qəhrəman" Hazırda Ermənistanda seçki ab-havası var. Belə bir vəziyyətdə bölgədə maraqlı olan qüvvələrin fəallaşması normal qarşılana bilər. Lakin Fransa rəhbərliyinin atdığı addımlar Cənubi Qafqazda sülh və sabitlik üçün müəyyənləşdirilmiş qırmızı xətlərə ciddi təhdid yaratmaqdadır. Burada Ermənistanın bir dövlət olaraq oynadığı "rol" da özünəməxsusluğu ilə seçilir. İşğal dövründə əsas ağalarının Rusiya olmasına arxalanan erməni cəmiyyəti indi Makronun timsalında "Ermənistanı xilas edən qəhrəman" tapıb. Fransa Prezidenti bölgədə Rusiyanın zəiflədiyini düşünərək bu boşluğu nəyin bahasına olursa-olsun doldurmağı qarşısına məqsəd qoyub.
Parisin əsas diqqəti İrəvana yönəlib Azərbaycana münasibətdə 2020-ci ildəki tarixi qələbəmizdən sonra bütün maskaları ataraq əsl niyyətini ortaya qoyan Fransa rəhbərliyinin planları heç bir işə yaramadı. Ölkənin ali rəhbərliyinin qətiyyətli siyasi iradəsi, diplomatik gedişləri və uzaqgörən siyasəti dövlətimizin milli maraqlarını hədəfə almaq hesabına olsa belə Makronun Cənubi Qafqazın yeni ağası olmaq planlarını tamamilə puç etdi. Belə bir vəziyyətdə Parisin əsas diqqəti İrəvana yönəlib. Azərbaycan üzərindən qurulan məkrli plan Fransa Ermənistanı sürətlə silahlandırmağa çalışır. Son bir neçə ildə İrəvana ötürülən silahların miqdarı, bu sahədə qarşılıqlı hərbi-texniki əməkdaşlıq müqavilələrinin imzalanması əsl niyyətin açıq göstəricisidir. Əsas məqsəd Azərbaycanın təhlükə mənbəyi olduğunu iddia edərək Ermənistan cəmiyyətində xilaskar obrazını və statusunu əldə etməkdir. Halbuki Vaşinqton görüşündən sonra Azərbaycan Ermənistana hücum etmək niyyətinin olmadığını, sülh prosesinə sadiq olduğunu dəfələrlə bəyan edib.
Revanşistləri həvəsləndirmək cəhdi Təbii ki, rəsmi Bakı prosesləri diqqətlə izləyir və proseslərin istənilən inkişafına hazırdır. Sadəcə Makronun planları tək Nikol Paşinyana dəstəyi ehtiva etmir. İrəvanın silahlandırılması seçki prosesində müşahidə olunduğu kimi Ermənistandakı revanşist qüvvələri də hərəkətə gətirib. Onlar yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir və sülh prosesini tanımayacaqlarını bəyan edirlər. Makronun bu bəyanatlar fonunda sözdə sülhə dəstək verdiyini açıqlamasına baxmayaraq, revanşistlərə münasibətdə susqunluq nümayiş etdirməsi əslində onun iki ölkə arasındakı münaqişənin yenidən alovlanmasında nə dərəcədə maraqlı olduğunu göstərir.
"Ermənistanı bizdən qorumaq lazım deyil" Azərbaycan bu planlardan və hədəflərdən xəbərdardır. Prezident İlham Əliyevin Zəngilan səfəri zamanı səsləndirdiyi fikirlər əslində Ermənistan dövlətinə və xalqına saxta qəhrəmanların toruna düşməməsi üçün siyasi bir dərs də sayıla bilər. Dövlət başçısı bir daha xatırladıb ki, sülhün müəllifi Azərbaycandır. Azərbaycan istəməsəydi, sülh də olmayacaqdı: "Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər". Prezident bəyan edib ki, Ermənistanı bizdən qorumaq lazım deyil: "Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq". Bakının real nəticələrə əsaslanan seçim imkanının "alternativi" İndi isə seçim yenə də Ermənistan rəhbərliyi və xalqınındır. Vaxtilə ağır məğlubiyyətdən sonra köhnə və yeni ağalarına arxalanaraq sülhdən yayınmağa çalışmağın heç bir nəticəsinin olmadığı kimi təcrübə ortadadır. Daha sonra Azərbaycanın təklif etdiyi ikitərəfli birbaşa danışıqlar formatı çərçivəsində əldə olunan tarixi razılaşmalar və defakto sülh vəziyyəti də ortadadır. Azərbaycanın irəli sürdüyü, real hədəflərə, Ermənistan üçün sülh və iqtisadi inkişafa əsaslanan seçim imkanın alternativi isə İrəvanı özünün yeni koloniyası elan etməyə hazırlaşan Makron Fransasının dumanlı təşəbbüsləridir. Həyat yoldaşı tərəfindən təyyarədə şillələnərək bütün dünyada rəzil olan, son Afrika səfəri zamanı heç bir çərçivəyə sığmayan davranışları ilə hətta ölkəsində belə ciddi tənqidlərlə üzləşən, Ermənistan-Türkiyə sərhədini qarşı tərəfin iradəsini heçə sayaraq keçməyə çalışan Makronun İrəvana vəd etdiyi "yeni fransız quberniyası olmaq" təklifinin erməni xalqı üçün hansı fəsadlara yol açacağını proqnozlaşdırmaq o qədər də çətin deyil.
"Ermənistanı bizdən qorumaq lazım deyil" - Bakıdan İrəvana siyasət dərsi "Ermənistanı bizdən qorumaq lazım deyil" - Bakıdan İrəvana siyasət dərsi "Ermənistanı bizdən qorumaq lazım deyil" - Bakıdan İrəvana siyasət dərsi "Ermənistanı bizdən qorumaq lazım deyil" - Bakıdan İrəvana siyasət dərsi "Ermənistanı bizdən qorumaq lazım deyil" - Bakıdan İrəvana siyasət dərsi "Ermənistanı bizdən qorumaq lazım deyil" - Bakıdan İrəvana siyasət dərsi
Mənbə oxu.az

Oxşar Xəbərlər