Dünya

Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"

16 May 2026, 10:32 1 baxış
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranın kapitulyasiyasına nail ola biləcəyini hesab edir. Bu barədə Oxu.Az "Fox News" telekanalına istinadən məlumat verir. "Bəli, mənim buna şübhəm yoxdur", - deyə ABŞ lideri jurnalistin İranın təslim olması ehtimalı ilə bağlı sualına cavab verib. Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçı bildirmişdi ki, İslam Respublikası hadisələrin istənilən gedişatına - həm ABŞ ilə müharibənin yenidən başlamasına, həm də münaqişənin nizamlanması üçün danışıqlar masasına qayıtmağa hazırdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər