Kriminal
Sumqayıtda mənzildə meyit aşkarlandı
Sumqayıtda şəhərində kişi meyiti aşkarlanıb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində yerləşən fərdi evlərdən birində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Zeynal Alı oğlu Zeynalovun meyiti aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyitə baxış keçirildikdən sonra aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Mənbə
axar.az