Dünya

İsrail Qəzzada HƏMAS liderini hədəfə aldı

15 May 2026, 23:28 2 baxış
İsrail Qəzzada HƏMAS liderini hədəfə aldı
İsrail Silahlı Qüvvələri Qəzza şəhərində HƏMAS-ın hərbi qanadının rəhbəri İzzəddin əl-Həddadı zərərsizləşdirmək məqsədilə dəqiq zərbə endirib. Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əl-Həddad 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirilən hücumun əsas təşkilatçılarından biri hesab olunur. İsrailin müdafiə naziri İsrail Kats "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, HƏMAS rəsmisi ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Qəzza zolağının hərbsizləşdirilməsi və qruplaşmanın tərksilah edilməsi istiqamətində əldə olunan razılaşmanın icrasından yayınmağa çalışıb. "Bu, canımıza qəsd edən bütün qatillərə açıq mesajdır: İsrail gec-tez sizə çatacaq", - deyə Kats vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər