Dünya

Parisdən mühüm hərbi addım: Təyyarədaşıyan gəmi Ərəbistan dənizinə çatıb

16 May 2026, 00:00 2 baxış
Parisdən mühüm hərbi addım: Təyyarədaşıyan gəmi Ərəbistan dənizinə çatıb
Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus "Şarl de Qoll" ("Charles de Gaulle") təyyarədaşıyan gəmisi hazırda Ərəbistan dənizində yerləşir. Oxu.Az xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr Nazirliyi yanında nümayəndə-nazir Alis Rüfo "BFMTV" telekanalının efirində çıxışı zamanı məlumat verib. Gəminin dəqiq koordinatlarını açıqlamayan nazir onun hərəkət marşrutuna toxunaraq bildirib: "O, Süveyş kanalından keçərək Ərəbistan dənizinə doğru irəliləyib və hazırda həmin akvatoriyadadır, lakin Hörmüz boğazında yerləşmir". Alis Rüfonun sözlərinə görə, təyyarədaşıyan gəminin bölgədə mövcudluğu Fransaya vəziyyəti daha dəqiq qiymətləndirmək, həmçinin regional və beynəlxalq diplomatik proseslərdə daha təsirli rol oynamaq imkanı yaradır. O vurğulayıb ki, Fransanın əsas məqsədi Hörmüz boğazında dəniz gəmiçiliyinin azadlığının bərpasına töhfə verməkdir. "Lakin bu proses beynəlxalq hüquq normalarına tam əməl edilməklə, heç bir hücum xarakterli fəaliyyət olmadan və yalnız müdafiə çərçivəsində həyata keçirilir", - deyə nümayəndə-nazir qeyd edib.
Parisdən mühüm hərbi addım: Təyyarədaşıyan gəmi Ərəbistan dənizinə çatıb
Mənbə oxu.az

Oxşar Xəbərlər