Dünya

Venesuelada qaz emalı zavodunda yanğın: Altı işçi yaralanıb - VİDEO

15 May 2026, 22:24 3 baxış
Venesuelada qaz emalı zavodunda yanğın: Altı işçi yaralanıb - VİDEO
Venesuelanın Marakaybo gölündə yerləşən qaz emalı müəssisəsində yanğın qeydə alınıb. Hadisə nəticəsində ən azı altı fəhlənin xəsarət aldığı bildirilir. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, alovlanma "Lamarqas" kompressor stansiyasında qaz təzyiqinin aşağı salınması prosesi zamanı baş verib. İki işçi bədənlərində ağır dərəcəli yanıq xəsarətləri alıb - onlar xilas olmaq üçün suya tullanmaq məcburiyyətində qalıblar və daha sonra qərbdə yerləşən Marakaybo şəhərindəki xəstəxanaya yerləşdiriliblər. Digər dörd nəfər isə nisbətən yüngül xəsarətlərlə xilas olub. Qeyd olunub ki, yanğına məruz qalan bu obyekt Çinin "China Concord Resources Corp" şirkəti tərəfindən idarə olunan "Lago Cinco" layihəsinin bir hissəsidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər