Dünya

Çin Sədri Si Cinpin Donald Trampın dəvətini qəbul etdi

15 May 2026, 20:24 2 baxış
Çin Sədri Si Cinpin Donald Trampın dəvətini qəbul etdi
"Çin Xalq Respublikasının Sədri Si Cinpin payız fəslində ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında ABŞ-yə dövlət səfəri həyata keçirəcək". Oxu.Az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti qurumun rəhbəri Van İnin sözlərinə istinadən məlumat yayıb. Çinli nazir Donald Tramp və Si Cinpin arasında baş tutan danışıqlara da münasibət bildirib. "Görüş rəsmi danışıqlardan, salamlama ziyafətindən, eləcə də kiçik qruplar çərçivəsində fikir mübadiləsi və müxtəlif ziyarətlərdən ibarət olub. İki dövlət başçısı birlikdə təxminən doqquz saat vaxt keçiriblər", - deyə açıqlamada qeyd olunub. Van İn bildirib ki, iki ölkə arasında konstruktiv strateji sabitlik münasibətlərinin qurulması mühüm qərardır. Xatırladaq ki, Donald Tramp mayın 14-də Si Cinpin və onun həyat yoldaşı Pen Liyuanı sentyabrın 24-də Vaşinqtona səfərə dəvət edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər