Dünya
Yer kürəsində maqnit qasırğası müşahidə edilir
Hazırda Yer kürəsində G1 səviyyəli maqnit fırtınası müşahidə olunur. Oxu.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası açıqlama yayıb. "Yer kürəsində G1 səviyyəsinə aid maqnit qasırğası qeydə alınıb", - deyə məlumatda bildirilir. Qeyd edək ki, G1 göstəricisi zəif kateqoriyalı maqnit fırtınasına uyğun hesab olunur.
Mənbə
oxu.az