Dünya
ABŞ nümayəndə heyəti Çində onlara verilən bütün əşyaları zibil qutusuna atıb
ABŞ Prezidenti Donald Trampın nümayəndə heyətinin üzvləri Çini tərk etməzdən əvvəl yerli rəsmilərin onlara təqdim etdiyi bütün əşyaları atmaq məcburiyyətində qalıblar. Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" qəzetinin müxbiri Emili Qudi məlumat yayıb. * Si Cinpin və Donald Tramp Pekindəki görüşdə nələri müzakirə etdilər? - TƏFƏRRÜAT - VİDEO * Hamburger sevən Tramp Çində tərəvəz yeməyə məcbur oldu - VİDEO * Trampın səfəri zamanı Kremldən ANONS: Putin də Çinə gedir Jurnalist aydınlaşdırıb ki, təhlükəsizlik qaydalarına görə, Çin ərazisindən təyyarənin göyərtəsinə hər hansı bir əşyanın gətirilməsi qadağan edilib. Bu səbəbdən heyət üzvləri Çin rəsmilərinin amerikalılara verdiyi hər bir şeyi zibil qutusuna atıblar. "Ağ Ev işçilərinin birdəfəlik telefonları, akkreditasiya kartları, nümayəndə heyəti üçün nişanlar - biz "AF1" (Air Force One) təyyarəsinə minməzdən əvvəl bütün bunları topladılar və zibil qutusuna atdılar", - deyə jurnalist qeyd edib. Xatırladaq ki, Donald Tramp Çinə üçgünlük səfər edib. Bu, Trampın 2017-ci ildəki ilk prezidentlik dövründən bəri, yəni son doqquz ildə Pekinə etdiyi ilk rəsmi səfərdir.
Mənbə
oxu.az