Dünya
Dünyanın hər yerindən insanlar bura gələcəklər: Tramp daha bir möhtəşəm layihəni elan etdi
ABŞ Prezidenti Donald Tramp ölkə paytaxtının yenidən qurulması istiqamətindəki böyük planlarını ictimaiyyətlə bölüşüb. O, tərk edilmiş ərazidə Vaşinqtonun mərkəzi incisi olacaq "Amerika Qəhrəmanlarının Milli Bağı"nın salınacağını bildirib. Oxu.Az xəbər verir ki, dövlət başçısı bu layihə barədə "Truth Social" platformasındakı hesabında paylaşım edib. "Birləşmiş Ştatların və bütün dünyanın müxtəlif guşələrindən ziyarətçilər dahi şəxsiyyətlərdən öyrənmək və ilhamlanmaq məqsədilə bu məkana axın edəcəklər", - deyə prezident paylaşımında vurğulayıb. Tramp əlavə edib ki, Potomak çayının sahilindəki mövcud ərazi yüksək potensiala sahib olmasına baxmayaraq, hazırda istifadəsiz vəziyyətdədir. Siyasətçinin sözlərinə əsasən, həyata keçiriləcək işlərdən sonra həmin məkan xüsusi landşaft dizaynı ilə dünyanın ən cəlbedici ictimai istirahət yerlərindən biri olacaq. O bu təşəbbüsün şəxsən özünə məxsus qlobal bir layihə olduğunu da xüsusi qeyd edib. Yaradılacaq yeni parkda ABŞ-nin tanınmış şəxsiyyətlərinin xatirəsinə ucaldılmış nadir heykəllər kompleksi nümayiş etdiriləcək. Prezident bildirib ki, bu məkanda Qurucu Ataların (dövlətçiliyinin yaranmasında və əsasının qoyulmasında mühüm rol oynamış xadimlər qrupu), həmçinin tanınmış hərbi xadimlərin, dini liderlərin və vətəndaş cəmiyyəti fəallarının obrazları əbədiləşdiriləcək. Bunlarla yanaşı, məşhur idmançılar, incəsənət nümayəndələri və sənətkarların da heykəlləri parkın xüsusi postamentlərində öz yerini tapacaq.
Mənbə
oxu.az
Oxşar Xəbərlər