Kriminal

Bakıda quldurluq edənlərə ağır cəza istənilib

15 May 2026, 16:50 2 baxış
Bakıda quldurluq edənlərə ağır cəza istənilib
Vətəndaşa qarşı quldurluqda təqsirləndirilən Lalə Hüseynova və Elmir Nağıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Dövlət ittihamçısı Valeh Ələkbərov ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən şəxslərdən Lalə Hüseynovanın 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalından həbs olunmasını, Elmir Nağıyevin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. Vəkillər müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər. Məhkəmənin növbəti iclası iyunun 9-na təyin edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Elgün Həsənli
Mənbə oxu.az

Oxşar Xəbərlər