Dünya
Trampın açıqlamasından sonra "Boeing"in səhmləri ucuzlaşdı
ABŞ lideri Donald Tramp Çinin 200 ədəd hava gəmisi almaq niyyətini elan etdikdən sonra ABŞ-nin təyyarə istehsalçısı olan "Boeing" şirkətinin səhmlərində 4.1% geriləmə qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi bildirib. Səhmlərin dəyər itirməsi, elan edilən satınalma miqdarının ekspertlərin proqnozlaşdırdığından əhəmiyyətli dərəcədə az olması ilə əlaqələndirilir. Belə ki, analitiklər Çindən daha irihəcmli sifarişlərə ümid edirdilər. Verilən məlumatlara əsasən, yaranmış vəziyyət "Boeing" və onun avropalı rəqibi "Airbus" arasında dünyanın ən geniş və perspektivli bazarlarından sayılan Çin bazarı uğrunda mübarizəsini daha da kəskinləşdirir. Eyni zamanda, Avropa istehsalçısı artıq Çin ərazisindəki mövqelərini xeyli möhkəmləndirməyə müvəffəq olub. Çin hava nəqliyyatına olan davamlı tələbatı qarşılamaq məqsədilə həm "Boeing", həm də digər zavodlardan intensiv şəkildə sərnişin təyyarələri tədarük edir. Ölkənin yaxın gələcəkdə 1 000, 2045-ci ilədək isə minimum 9 000 yeni hava gəmisinə ehtiyacı olduğu bildirilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər