Dünya
ABŞ-nin hərb nazirindən tabeliyindəkiləri şoka salan Polşa qərarı
ABŞ-nin hərb naziri Pit Heqset Polşaya ölkəsinin qoşunlarının yerləşdirilməsini birtərəfli şəkildə ləğv etmək qərarına gəlib. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Məlumata görə, nazirin gözlənilməz addımı onun tabelində olan əməkdaşları da şoka salıb. Qeyd olunur ki, ABŞ və Avropa İttifaqı rəsmiləri telefonla danışaraq bu qərarı aydınlaşdırmağa və başqa sürprizlərin olub-olmadığını öyrənməyə çalışırlar. Polşa xarici işlər nazirinin müavini Marçin Bosaçki bildirib ki, Varşava bir neçə aydır ki, Polşadakı ABŞ qoşunlarının sayının artırılması ilə bağlı Vaşinqtonla danışıqlar aparır. ABŞ lideri Donald Tramp isə Almaniyada yerləşən qoşunların bir hissəsinin Polşaya köçürülməsinin mümkünlüyünü istisna etməyib. Mayın əvvəlində mediada ABŞ-nin Almaniyadan 5 min hərbçisini geri çəkəcəyi barədə məlumatlar yayılmışdı. Pentaqon məlumatı təsdiqləyərək, qərarın Avropadakı güc balansının qiymətləndirilməsinə əsaslandığını bildirmişdi. "Defense News"un məlumatına görə, ABŞ Silahlı Qüvvələri Polşaya 4 mindən çox hərbçi göndərmək qərarını ləğv edib.
Mənbə
oxu.az