Kriminal

Ağcabədidə qəza: 14 yaşlı oğlan öldü

15 May 2026, 10:52 1 baxış
Ağcabədidə qəza: 14 yaşlı oğlan öldü
Ağcabədi rayonunda 14 yaşlı oğlan faciəli şəkildə ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə mayın 14-də rayonun Hindarx qəsəbəsində baş verib. Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən piyada, 2012-ci il təvəllüdlü Röyal Hürbət oğlu İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər