Kriminal
Bakıda DƏHŞƏTLİ QƏZA: "Hyundai" və "Lexus" toqquşdu - VİDEO
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınıb. Həmin küçədə tunelin girişində "Hyundai Santa Fe" markalı avtomobil "Lexus" markalı maşınla toqquşub. Qəza nəticəsində ölən və yaralıların olub-olmaması barədə məlumat yoxdur. Hadisə yerindən görüntülər təqdim edirik:
Mənbə
oxu.az