Cəmiyyət

Sabiq rektor vəfat etdi - Foto

14 May 2026, 14:13 4 baxış
Sabiq rektor vəfat etdi - Foto

Azərbaycan Texnologiya Universitetinin sabiq professoru, fizika-riyaziyyat elmləri doktoru Şəmsəddin Mütəllimov dünyasını dəyişib.


Axar.az xəbər verir ki, o, 1979-cu ildən Azərbaycan Texnologiya İnstitutunda (indiki Azərbaycan Texnologiya Universiteti) əmək fəaliyyətinə başlayıb.


Qeyd edək ki, Ümumi və tətbiqi riyaziyyat kafedrasının sabiq professoru Şəmsəddin Mütəllim oğlu Mütəllimov 1941-ci ildə Siyəzən şəhərində anadan olub. O, 1992-1993-cü illərdə Azərbaycan Texnologiya İnstitutunda rektor vəzifəsində işləyib.


Ş.Mütəllimov, həmçinin baş müəllim, dosent, kafedra müdiri, dekan vəzifələrində çalışıb.

Mənbə axar.az

Oxşar Xəbərlər