Mədəniyyət
Şuşada IX "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı başlayıb - FOTO
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 14-də Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı başlayıb. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, festivala Cıdır düzündə "Mənim Azərbaycanım" rəqs kompozisiyası və görkəmli bəstəkar Cahangir Cahangirovun "Cənnətim Qarabağ" əsəri ilə start verilib. Bu il də "Xarıbülbül"ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən musiqi kollektivləri və solo ifaçılar qatılıblar. Bu musiqi bayramının əsas məqsədlərindən biri məhz mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsini təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir. Festivala azərbaycanlı ifaçılarla yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiyadan incəsənət xadimləri dəvət olunub. Tədbirdə korifey ifaçılar, həmçinin gənc musiqiçilər çıxış edəcəklər.
Mənbə
oxu.az