Kriminal

Dörd ay əvvəl itkin düşən kişinin meyiti tapıldı

12 May 2026, 20:35 1 baxış
Dörd ay əvvəl itkin düşən kişinin meyiti tapıldı

Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.


Axar.az-ın Report-a istinadən məlumatına görə, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.


Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində kişinin meyiti "Qanlı dərə" ərazisində aşkar olunub.


Meyit aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər